Britaniyanın müdafiə naziri: Ukraynanı dəstəkləməyə davam edəcəyik

Böyük Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.

 

Azinformasiya.az “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

O, ABŞ və Polşanın daxili təzyiqlərə baxmayaraq, Ukraynaya güclü dəstəyini davam etdirəcəklərinə inandığını qeyd edib.
Britaniyalı nazir vurğulayıb ki, Ukraynanın dəstəklənməsinə dair hər hansı bir gərginliyin seçki zamanı ortaya çıxacağını başa düşmək olar, ancaq Polşanın müharibə başlayandan bəri Ukraynaya verdiyi dəstək çox əhəmiyyətli olub.

ABŞ-la bağlı müdafiə naziri bildirib ki, bu ölkə Ukraynaya dəstəyi geri çəkməkdən uzaqdır.

“Britaniya, başqa yerdə nə baş verməsindən asılı olmayaraq, lider rolunu oynayacaq”, – nazir diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir