Prezident: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə geniş beynəlxalq dəstəyin təzahürüdür

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.

“Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla – 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür”, – deyə dövlət başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir