Borrell Ukraynanın müdafiə naziri Umerovla görüşüb

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın yeni müdafiə naziri Rustem Umerovla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Borrell X (keçmiş Twitter) mikrobloqunda yazıb.

“Biz Aİ-nin davamlı hərbi yardımını müzakirə etdik. Ukraynanın daha çox imkanlara ehtiyacı var” – o deyib.

Qeyd edək ki, sentyabrın 19-da Borrell bildirib ki, Kiyevdə Aİ xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir