ABŞ Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyib

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda deyilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir” və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəylik ifadə edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir