Ərdoğan Brüsseli Ankaraya verdiyi vədləri yerinə yetirməyə çağırıb

Türkiyədə sülh və təhlükəsizliyi məhv etmək istəyən terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, FETÖ və bu kimi terror təşkilatlarının Türkiyədə dirçəlişi mümkün deyil.

O, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərə də diqqət çəkib, Brüsseli qeyri-konstruktiv mövqeyindən, xüsusilə də viza məsələsindən əl çəkməyə və Ankaraya verdiyi vədləri yerinə yetirməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir