BMT missiyası həftə sonu Qarabağa gələcək.
Azinformasiya.az xəbər verir ki, bunu təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında bildirib.
BMT-nin Qarabağa gedəcək missiyası sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirəcək. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxil olacaq. Missiya regionda azı 10 gün qalacaq.
Qeyd edək ki, BMT missiyası Qarabağda axırıncı dəfə təxminən 30 il öncə olub.
Azinformasiya.az