Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə əsasən, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur:
“Əvvəla, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək qeyri-mümkündür. İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə nəzər salmalıdır. Birləşmiş Ştatların öz qanadları altına aldıqları insanların taleyi qibtə olunası deyil”, deyə Rusiya XİN rəhbəri Ermənistan Rusiyanı itirə bilərmi sualına cavabında bildirib.
Azinformasiya.az