Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qarabağda beynəlxalq missiya təkcə Bakının razılığı ilə mümkündür. Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, habelə Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.
Peskov ABŞ-ın Ermənistana energetika sahəsində əməkdaşlıq təklifini şərh edib, Rusiya Federasiyasının enerji sektorunda bu ölkəyə yardımını və resursların güzəştli tədarükünü xatırladıb.
Kremlin sözçüsü Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsevin İrəvana səfərinin öncəcədən planlaşdırıldığını da qeyd edib. O bildirib ki, Kolokoltsev və Ermənistan Baş naziri Nikol Paşinyanın cari məsələlərin müzakirəsi tamamilə normaldır.
Azinformasiya.az