ABŞ Rusiya-Şimali Koreya əməkdaşlığına getdikcə daha təhlükəli vəziyyətə gəlib çıxan ikitərəfli yol kimi baxır.
Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
O vurğulayıb ki, Rusiya Ukraynaya qarşı davam edən təcavüzü üçün avadanlıq, material və texnologiya tapmağa can atır, Şimali Koreya isə öz raket proqramını gücləndirmək və inkişaf etdirmək üçün yardım arayışındadır.
Azinformasiya.az