Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin müştərək maraqları ondan ibarətdir ki, bölgədə sülh və əmin-amanlıq olsun

Bütün bu tarixi layihələr bir də onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Bir-birimizə dəstək verməklə biz eyni zamanda, bölgəsəl məsələləri də düz istiqamətə yönəldirik. Yəni bizim müştərək maraqlarımız, çıxarlarımız ondan ibarətdir ki, bölgədə sülh, barış, əmin-amanlıq olsun. Müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin və Azərbaycana göstərdiyiniz dəstək – həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm ondan sonra – məhz bu məqsədə çatmaq üçün önəmli amildir, önəmli faktordur”, – Prezident vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir