Azərbaycan Prezidenti: İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Türkiyə ilə əlaqələrimizə yeni təkan verəcək

Əziz qardaşım, bu sizin Naxçıvana ikinci səfərinizdir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək. Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, – Prezident əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir