Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi “Hyundai Azero” markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir