Balakəndə 29 yaşlı kişi zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, 29 yaşlı Balakən şəhər sakini Samir Samirli zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı sirkə turşusundan zəhərləndiyi məlum olan Samir Samirlinin hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az