Bakıda avtobus “Kamaz”la toqquşub, sərnişin dünyasını dəyişib

Bakıda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Qubad Ələsgərov idarə etdiyi “Çinar”MMC-ə məxsus “Korsan” markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı “Kamaz”a çırpılıb.

Sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə rəğmən Adilə Əliyeva dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir