Qaribaşvili ABŞ Prezidentinin müşaviri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri nəzərdən keçirib, strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Qeyd olunub ki, söhbət zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. İrakli Qaribaşvili qlobal çağırışlar qarşısında birgə səylərin vacibliyini qeyd edib.

Görüş əsnasında, həmçinin Gürcüstanın Avropaya inteqrasiya prosesi müzakirə edilib.

Qaribaşvili vurğulayıb ki, bu, Gürcüstan hökumətinin xarici siyasətinin ən mühüm prioritetidir və hakimiyyət qarşıya qoyulan məqsədə çatmaq üçün hər şeyi edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir