Paşinyan Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rəsmi Bakı ilə danışıqlarında iştirak etmədiklərini bildirib

Ermənistan Rəsmi Bakı və Qarabağın erməni sakinlərinin nümayəndələri arasındakı danışıqlarda iştirak etməyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan müraciətində bildirib.

O, Ermənistanın bu danışıqlarda iştirak etmədiyini deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir