Dövlət Bağçalı: Qarabağ türk yurdudur

Qarabağ türk yurdudur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının iclasında çıxışı zamanı bildirib.

O, Ermənistanı təxribatlardan əl çəkməyə çağırıb və qeyd edib ki, ABŞ-Ermənistan hərbi təlimləri və separatçıların keçirdiyi qondarma seçkiləri bölgənin sabitliyi üçün zərbədir.

“Qarabağ Azərbaycanın ayrılmaz bir torpağıdır. Ermənistan ağlını başına yığmalıdır, odla oynamaqdan əl çəkməlidir. Sülh danışıqlarını boşa çıxaracaq hər təxribatın ağır nəticələrini İrəvan hakimiyyəti qəbul etmək məcburiyyətində olacaq. Soydaşlarımız yalnız deyildir. Qarabağ qaranlığa qərq edilməyəcək. Azadlıq türk yurdlarının əzəli qədəridir”, – Bağçalı diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir