Qaribaşvili Şarl Mişellə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Gürcüstan Baş naziri Şarl Mişeli Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi ilə bağlı məlumatlandırıb.

O vurğulayıb ki, Gürcüstan bütün istiqamətlərdə inkişafa nail olub və hökumət tövsiyələrin yerinə yetirilməsi istiqamətində əlindən gələni edir.

İrakli Qaribaşvili indiki geosiyasi vəziyyətə görə, eyni zamanda layiqlik əsasında Gürcüstanın namizəd statusu əldə etməli olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir