Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasitası məlumat yayıb.
Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə sonlandırmaq üçün səy göstərdiyini bildirib.
Ərdoğan bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması üçün Türkiyənin diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
Bundan başqa, görüşdə Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.
Azinformasiya.az