Moskva Qarabağa humanitar yüklərin çatdırılmasının davam etdirilməsinə ümid edir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə əsasən, Qarabağda humanitar vəziyyətin tədricən yaxşılaşdırılması Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və üçtərəfli sazişlərin həyata keçirilməsi üzrə işlərin bərpasına şərait yaradacaq.
Zaxarova bildirib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıdır.
Azinformasiya.az