Çin XİN başçısı Rusiyaya səfərə gedib

Çin xarici işlər naziri Van İnin Rusiyaya dörd günlük səfəri başlayıb.

 

Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, səfərin məqsədinin iki ölkə arasında siyasi anlaşmanın dərinləşdirilməsi, eləcə də Rusiya lideri Vladimir Putinin oktyabrda Çinin paytaxtı Pekinə səfər edərək üçüncü “Bir Kəmər, Bir Yol” Forumununda iştirakına hazırlıqların görülməsi olduğu bildirilib.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Van İ illik təhlükəsizlik danışıqları ilə bağlı Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevlə görüşəcək.

Həmçinin bildirilib ki, Van İn Rusiyanın XİN rəhbəri Sergey Lavrovla bir sıra məsələləri müzakirə edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir