İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür, İrəvan bunun üçün bütün lazımi addımları atır.
Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə söyləyib.
“Mən hər zaman Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna kimi imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna qədər imza atmağı mümkün hesab edirik”.
Azinformasiya.az