Paşinyan:Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

“İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda – bu ilin sonuna və ya gələn ilin əvvəlinə kimi barışmaq istəyir”.

İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir