“Parlamentimiz qərar vermədiyi müddətcə bizim İsveçin NATO-ya üzvlüyü ilə bağlı “hə” və ya “yox” deməyimiz mümkün deyil və ilk olaraq, İsveç öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoöğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib: “Yaxşı, indi İsveç öz üzərinə düşən öhdəliyi yerinə yetirirmi? Bizə tez-tez deyirlər ki, İsveç qanun hazırlayıb, lakin qanun hazırlamaq kifayət deyil, qanunu yerinə yetirmək də lazımdır. İndi İsveç istər Konstitusiyada, istərsə də qanunda nə dəyişiklik edirsə, etsin əgər terrorçuları İsveç polisinin qoruması ilə nümayişlərə sövq edirlərsə bu, o deməkdir ki, onlar (İsveç – red.) öhdəliyini yerinə yetirmir. Bu terror hərəkətlərinin Stokholm küçələrində davam etməsi deməkdir. Bizə verilən sözlər yerinə yetirilmir.
F-16-larla bağlı deyirlər ki, ABŞ Nümayəndələr Palatası qərar vermədən bu olmaz. Onların Nümayəndələr Palatası varsa, bizim də parlamentimiz var”.
Ərdoğan diqqətə çatdırıb ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı son sözü Türkiyə parlamenti deyəcək.
Azinformasiya.az