Tərtərdə qadın oğlunu bıçaqlayıb.
Azinformasiya.az xəbər verir ki, Heydər Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü İmanova Xanım Məhəmməd qızı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı oğlu 1991-ci il təvəllüdlü İmanlı Nahid Akif oğlunu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. X.İmanova şübhəli şəxs qismində saxlanılıb.
Azinformasiya.az