Qaxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, rayonun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan 3 sərnişin Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir