Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə hazırkı gündəm, Azərbaycanla BMT-nin İnsan hüquqları üzrə Komitəsi arasında əməkdaşlığın perspektivləri, eləcə də regionda baş verən son hadisələr müzakirə edilib.
Azinformasiya.az