Ursula von der Leyen: Ukraynanın gələcəyi Avropa İttifaqındadır

“Ukraynanın, Moldovanın və Qərbi Balkanların gələcəyi Avropa İttifaqındadır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen parlamentdə illik çıxışında söyləyib.

O bildirib ki, Avropa İttifaqı lazım olduğu müddətdə hər addımında Ukraynanın yanında olacaq.

Avropa Komissiyasının Prezidenti xatırladıb ki, Aİ indiyə kimi Ukrayna hökumətinə ölkənin xərclərini qarşılamaq üçün 12 milyard avro maliyyə yardımı edib. Ursula von der Leyen, həmçinin qeyd edib ki, Aİ qarşıdakı dörd il üçün Ukraynanın yenidən qurulması və bərpası üçün 50 milyard avro maliyyə paketi ayırmağa hazır olduğunu bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir