XİN: Qazaxıstan Azərbaycanın suverenliyini dəstəkləyir

Qazaxıstan Respublikası Azərbaycanın suverenliyini dəstəkləyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, Qarabağ ətrafında baş verən son hadisələrlə bağlı Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir.

Eyni zamanda bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir