Azərbaycan danışıqların aparılması üçün Ermənistandan heç bir təklif almayıb.
Azinformasiya.az xəbər verir ki bunu “Reuters”ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bir neçə ölkənin lideri ilə telefon danışığı zamanı gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili görüş keçirməyə hazır olduğunu bildirib.
Azinformasiya.az