NATO Baş katibi Yens Stoltenberq və Rumıniya Prezidenti Klaus Yohannis arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Stoltenberq “Twitter”də yazıb.
“Mən Rumıniya Prezidenti ilə Rumıniyada tapılan pilotsuz uçuş aparatının hissələri və Dunay vasitəsilə Rusiyanın Ukraynaya hücumları ilə bağlı danışdım. (Rusiyanın – red.) NATO-nu vurmaq istədiyinə dair heç bir işarə yoxdur, ancaq zərbələr sabitliyi pozur. Mən ABŞ-ın NATO hava polis patrulu üçün daha çox F-16 yerləşdirmək qərarını alqışlayıram. Biz Rumıniya ilə həmrəyik”, Stoltenberq bildirib.
Azinformasiya.az