Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı məktubu ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir