Sumqayıtda iki avtomobil toqquşub, ölən var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Lalə Süleymanova idarə etdiyi “BMW” markalı avtomobil yolun əks istiqamətindən gələn “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21011” sürücüsü Asim Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir