Azərbaycan səfiri Türkiyənin vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bundan başqa, hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir