Hakan Fidan: Türkiyənin Aİ-yə üzvlüyünə dair prosesin qarşısı açılmalıdır

Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair prosesin qarşısı açılmalıdır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, bu prosesin qarşısının alınması strateji xəta olacaq. Türkiyə XİN rəhbəri Aİ-ni Türkiyə ilə münasibətlərin genişlənməsində daha effektiv addımlar atmağa çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir