Qara dəniz taxıl dəhlizinə alternativlər etibarlı və tərəflərin əməkdaşlığını nəzərdə tutan daimi təkliflər deyil.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, BMT vasitəsi ilə Rusiyaya təqdim edilən yeni təkliflər paketi ilə Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək mümkündür.
Ərdoğanın sözlərinə əsasən, Qara Dəniz Taxıl Təşəbbüsü qlobal böhranının qarşısını almaqda önəmli rol oynayıb.
Azinformasiya.az