Putin: Yeni “Taxıl sazişi” üçün Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

Rusiya və Türkiyə liderləri “Taxıl sazişi”ni müzakirə ediblər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

O, danışıqlar zamanı türkiyəli həmkarının bu məsələyə böyük diqqət ayırdığını deyib. Putin qeyd edib ki, Rusiyanı bu sazişi dayandırmağa məcbur ediblər: “Qərb Rusiyanı “Taxıl sazişi”nin humanitar xarakter daşıması ilə bağlı aldadıb”.

Rusiya prezidenti ölkəsinin “Taxıl sazişi”ni bərpa etməyə hazır olduğunu da bildirib. Vurğulayıb ki, Rusiya kənd təsərrüfatının məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq. “Rusiya “Taxıl sazişi”nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir