Türkiyə XİN: Terrorla mübarizədə qardaş Pakistanın yanındayıq

Türkiyə Pakistanın Hyber Pakhtunktva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı doqquz əsgərin həlak olduğu, beşinin isə yaralandığı hücumu qətiyyətlə pisləyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyənin terrorla mübarizədə qardaş Pakistanın yanında olduğu bildirilib.

“Şəhidlərə Allahdan rəhmət, dost və qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə onların yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, – bəyanatda qeyd olunur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir