Goranboyda iki uşaq anası intihar edib

Goranboyda Kəlbəcər sakini intihar edib.

 

Azinformasiya.az xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılova Arifə İmamverdi qızı rayonunun Börü kəndindəki fərdi yaşayış evinin həyətindəki tövlənin tavanından təsərrüfat təyinatlı kəndirlə özünü asaraq intihara cəhd edib.

Hadisəyə müdaxilə edən anası Məleykə Həsənova mətbəx bıçağı ilə kəndiri kəsərək A.İsmayılovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilsə də A.İsmayılova ölüb.

Qeyd edək ki, mərhumun iki övladı var idi.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir