Ərdoğan: Azərbaycanlı qardaşlarımızla birlikdə Qarabağın azadlığa qovuşmasını təmin etdik

“Azərbaycanın işğal altında olan torpaqlarını azad etmə mübarizəsində heç düşünmədən bütün imkanlarımızla qardaşlarımızın yardımına gəldik. Beləliklə, azərbaycanlı qardaşlarımızla birlikdə 30 ilə yaxın işğal və zülmdən sonra Qarabağın azadlığa qovuşmasını təmin etdik”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Dəniz Hərbi Akademiyasında məzuniyyət mərasimində çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, Türkiyənin olduğu bölgədə bir çox münaqişələr davam edir.

Ərdoğan, eyni zamanda vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bütün dünyanın gözü Qara dənizə yönəlib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir