Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan sentyabrın 4-də Soçidə görüşəcəklər.
Azinformasiya.az “Habertürk” telekanalına istinadən xəbər verir.
Bildirilib ki, Ərdoğan və Putin sentyabrın 4-də Soçidə danışıqlar aparacaqlar.
Qeyd edək ki, ötən gün Kremlin sözçüsü Dmitri Peskov Putin-Ərdoğan görüşünün tezliklə baş tutacağını bildirib, amma görüşün harada və nə vaxt olacağını açıqlamayıb.
Azinformasiya.az