Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədildiyi paylaşımda qeyd olunub.
“Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, – məlumatda deyilir.
Azinformasiya.az