İsrail Hərbi Hava Qüvvələri Hələb Beynəlxalq Hava Limanına raket zərbəsi endirib, nəticədə hava limanı sıradan çıxıb.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Müdafiə Nazirliyinin bəyanatında deyilir.
İsrail qüvvələrinin saat 04:30-da Hələb beynəlxalq hava limanına raket zərbəsi endirdiyi, nəticədə uçuş-enmə zolağının zədələndiyi və maddi ziyan dəydiyi bidirilib.
Suriya Müdafiə Nazirliyinin məlumatına əsasən, hücum Aralıq dənizindən həyata keçirilib.
Azinformasiya.az