Azərbaycan əsgərlərinin qəhrəmanlıqları heç zaman unudulmayacaq.
Azinformasiya.az xəbər verir ki, bunu bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad edbi, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını deyib.
Yaşar Gülər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirib və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.
Azinformasiya.az