Kuleba: “Türkiyə ilə Ukrayna arasındakı tərəfdaşlığın əlavə şərhə ehtiyacı yoxdur”

“Türkiyə ilə Ukrayna arasındakı tərəfdaşlığın əlavə şərhə ehtiyacı yoxdur. Bu tərəfdaşlığı, əməkdaşlığı hamı görür. Bu, həqiqi sıx əməkdaşlıqdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla Kiyevdə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

“Xatırlatmaq istərdim ki, iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq “Krım Platforması” konfrasının iştirakçılarına müraciət ünvanladı. Biz bu çıxışı yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.

Kulebanın sözlərinə əsasən, bu gün Türkiyə XİN başçısı Kiyevdə bir çox vacib görüşlər keçirib:

“Bu görüşlərin əsas mövzusunun Qara dəniz Taxıl sazişinin canlandırlması məsələsi olduğunu söyləsəm yəqin ki, bu, heç kim üçün surpriz olmaz. Bizim bu məsələ ilə bağlı ortaq yanaşmamız var və bu təşəbbüsün canlandırlması üçün ortaq səylər göstəririk.
Biz bu gün müzakirələrimizdə Ukrayna Prezidenti Zelenskinin “Sülh Formulu”nda Türkiyənin yerini, habelə Ukraynanın bərpasında Türkiyə şirkətlərinin fəaliyyətini müzakirə etdik”, – deyə Kuleba diqqətə çatdırıb.

O bildirib ki, bugünkü müzakirələr zamanı NATO-ya üzvlük prosesi ətrafında da fikir mübadiləsi aparılıb:

“Bu gün, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyü məsələsini ətraflı şəkildə müzakirə etdik. Türkiyə bizim üçün çox vacib bir NATO tərəfdaşıdır. Türkiyə və Ukraynanı bir-birinə bağlayan sahələr o qədər geniş və çoxşaxəlidir ki, mənim Türkiyə ilə əlaqlərimizin daha da irəliləyəcəyi ilə bağlı heç bir şübhəm yoxdur”, – deyə Ukrayna XİN rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir