Kəlbəcərdə minik maşınının dərəyə aşması nəticəsində iki Türkiyə vətəndaşı ölüb, biri xəsarət alıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində baş verib.

Hərəkətdə olan “Mitsubishi” markalı minik maşınının idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Ölən şəxslərin Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik, xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir