Ceyhun Bayramov: İstəyirik ki, Belçikanın Aİ-yə sədrliyi dönəmində ölkəmizə qarşı ikili standartların şahidi olmayaq

Xanım nazir qeyd etdi ki, yanvar ayından etibarən Belçika Krallığı Avropa İttifaqına (Aİ) sədrlik edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı söyləyib.

“Belçikanın sədr funksiyasını yerinə yetirərək, bu, həmçinin Aİ-yə üzv digər ölkələrə də aiddir, istəyimiz gələcəyə baxış olaraq odur ki, növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmayaq. Bilirik ki, Aİ-nin bir sıra ölkələri separatçılığın təşviq olunmasına həssas yanaşırlar. Biz bu həssaslığı təkcə Avropa üçün deyil, digər regionlar, habelə keçmiş post-sovet məkanında da hiss etmək istəyirik. Yəni bizim istəyimiz odur ki, Azərbaycanın həyata keçirdiyi addımlara rəy və fikir bildirməzdən əvvəl Aİ-dən olan həmkarlarımız məsələnin mahiyyətini başa düşsünlər, sonra rəy versinlər. Ermənistan tərəfindən separatizm meyllərinin, siyasi manipulyasiyaların humanitar məsələlər donu altında təqdim olunması Avropalı həmkarlarımız tərəfindən asan qəbul edilməsin”, – nazir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir