Rusiya Baş naziri Ermənistana səfər edib

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana işgüzar səfər edib.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Rusiya hökumət rəhbərini Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və digər şəxslər qarşılayıblar.

Bildirilib ki, Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək iclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri İttifaq daxilində inteqrasiya prosesinin dərinləşdirilməsini, orta və uzunmüddətli dövr üçün strateji inkişaf vektorlarının müəyyən olunmasını müzakirə edəcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir