Türkiyə Qara Dəniz “Taxıl sazişi”ni bərpa etmək üçün səylərini davam etdirir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”nın iclasına video-müraciəti zamanı bildirib.
Türkiyə lideri vurğulayıb ki, bu məsələdə prosesə zərər verəcək istənilən addımdan çəkinmək lazımdır: “Müharibənin bitməsi, Qara dəniz hövzəsində sülh və sabitlik yalnız region üçün deyil, bütün dünya üçün rahatlıq gətirəcək. Ukraynanın, Krım da daxil olmaqla, ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildirirəm və ümid edirəm ki, regionumuz tezliklə sülhə qovuşacaq”.
Azinformasiya.az