Ursula von der Leyen Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında görüş baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ursula von der Leyen “Twitter” hesabında yazıb.

Zelenski ilə məhsuldar görüşün keçirildiyini diqqətə çatdıran Avropa Komissiyasının Prezidenti qeyd edib ki, görüşdə Ukraynanın Aİ-yə üzvlüyü yolunda irəliləyiş və Rusiyanın təcavüzü qarşısında Aİ-nin davamlı dəstəyi müzakirə olunub.

“Biz Ukraynanın öz taxılını dünya bazarlarına çıxarmaq və bu ölkəyə iqtisadi yardım göstərmək üçün birgə işi davam etdirəcəyik”, Ursula von der Leyen vurğulayıb.

Qeyd edək ki, görüş Yunanıstanda olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir